"Təl-Əvivin Livandakı fəaliyyətinə dair ən minimal tələb ondan ibarətdir ki, İsrail ordusu fevralın 27-dək olan mövqelərinə dönməlidir".
Bu barədə "Fars" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" xüsusi təyinatlı qüvvələrinin komandanı İsmayıl Qaaniyə istinadən məlumat yayıb.
"Müqavimət qüvvələrinin ən kiçik tələbi İsrail rejiminin 40 günlük müharibədən (fevralın 28-də başlamış İran və ABŞ-İsrail müharibəsi nəzərdə tutulur - red.) əvvəlki mövqelərinə çəkilməsidir", - deyə açıqlamada qeyd olunub.//Oxu.Az