Medianews.az
Səhvən aldığı biletlə varlandı  –
60 baxış

Səhvən aldığı biletlə varlandı – İşindən çıxdı

ABŞ-nin Ohayo ştatında yaşayan bir kişi səhvən aldığı lotereya bileti ilə 291 min dollar məbləğində cekpot qazanıb.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, kişi əvvəlcə gündəlik oyunlarda iştirak etmək və bir həftəlik biletləri həmişə istifadə etdiyi eyni rəqəm kombinasiyası ilə almaq istəyib. Lakin o, səhvən eyni tiraj üçün yeddi ədəd bilet alıb.

Biletlərdən yalnız birində onun sevimli nömrəsi olub, digər altı bilet isə avtomatik sistem tərəfindən təsadüfi rəqəmlərlə formalaşdırılıb. Nəticədə məhz təsadüfi seçilmiş nömrələr olan bilet ona cekpot qazandırıb.

“Bəzən səhv çox uğurlu olur”, – deyə şanslı amerikalı bildirib.

Qalib qeyd edib ki, qazandığı puldan sonra taksi sürücüsü kimi çalışdığı işdən ayrılacaq və həyat yoldaşı ilə daha çox vaxt keçirəcək. O, əldə etdiyi vəsaiti ev xərclərinin ödənilməsinə, həyat yoldaşının tibbi xərclərinə və köhnə borclarının bağlanmasına sərf etməyi planlaşdırır.

Medianews.az

Bizə qoşulun