Ölkəmizdə 1, 3 və 5 qəpiklər demək olar ki, istifadə olunmur. Yalnız böyük marketlərdə məhsul alarkən bu pul vahidi qalıq olaraq qaytarılır. Bəzi vətəndaşlar isə bu qalıqları ümumiyyətlə götürmür. Sözügedən qəpikləri “Bakıkart”da da istifadə etmək mümkün deyil. İndiki zamanda 3 və 5 qəpiyə yalnız polietilen torba almaq mümkündür. 1 qəpiyə isə satışda heç nə yoxdur.
Maraqlıdır, əhali tərəfindən artıq işlənməyən bu pul vahidi dövriyyədən niyə çıxarılmır?
Medianews.az bildirir ki, iqtisadçı Natiq Cəfərli Bizim.Media-ya bildirib ki, bu pulların dövriyyədən çıxarılması yox, sifarişi dayandırılmalıdır:
“Əslində, 1, 3 qəpiyin istehsalı maya dəyərindən artıq başa gəlir. Yəni, 1 və 3 qəpiyin istehsalı 5 qəpikdən daha bahadır. Son illərdə onlayn ödənişlərin, yəni kart ödənişlərinin də geniş yayıldığını nəzərə almalıyıq. Bu cəhətdən 1, 3 qəpiyin dövriyyədən çıxarılması yox, sifariş olunması dayandırılmalıdır.
Yəni, onların artıq mənası qalmır. Onlar dayandırılsa, daha məntiqli olar”.