Bakı şəhəri, Səbail rayonunda yerləşən qamışlıq ərazidə yanğın başlayıb.
Medianews.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə Salyan şosesində qeydə alınıb.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Yanğından görüntüləri təqdim edirik: