Medianews.az
Per Mertezaker Almaniya millisində vəzifə aldı -
84 baxış

Per Mertezaker Almaniya millisində vəzifə aldı - RƏSMİ

Almaniya millisinin sabiq müdafiəçisi Per Mertezaker Almaniya Futbol Federasiyasında (DFB) mühüm vəzifəyə təyin olunub.

Medianews.az xəbər verir ki, bu barədə DFB-nin mətbuat xidməti mlumat yayıb.

Məşhur futbol funksioneri 2027-ci il yanvarın 1-dən etibarən DFB-də idman direktoru vəzifəsinin icrasına başlayacaq. O, ilin sonunda vəzifəsini tərk edəcək Andreas Rettiqi əvəzləyəcək.

41 yaşlı Mertezakerin DFB ilə 2030-cu il dünya çempionatının sonuna qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzaladığı bildirilir. O, son illərdə İngiltərənin "Arsenal" klubunun akademiyasına rəhbərlik edib, daha sonra isə televiziya eksperti kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Mertezaker futbolçu karyerası ərzində Almaniya millisinin heyətində 104 oyun keçirib və 2014-cü ildə dünya çempionu olub.\\Qol.az

Bizə qoşulun