Medianews.az
Əliabbas Həsənov vəzifəsindən
136 baxış

Əliabbas Həsənov vəzifəsindən AZAD EDİLDİ

Sabirabad Rayon İcra Hakimiyyətinin sektor müdiri vəzifədən azad edilib.

Medianews.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Siraqəddin Cabbarov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Əliabbas Həsənov vəzifəsindən azad edilib.

Digər əmrlə həmin sektora rəhbərlik müvəqqəti olaraq Ümid Zeynallıya həvalə olunub. Ü.Zeynallı bundan əvvəl İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.

İcra başçısı sektor müdirini vəzifədən azad etdi

Bizə qoşulun