Medianews.az
Sabah Bakının bu ərazilərində
95 baxış

Sabah Bakının bu ərazilərində su olmayacaq

Sabah Bakının 4 rayonunun bəzi ərazilərində suyun verilməsi müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə Medianews.az-a Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri ilə bağlı paytaxtın Nərimanov, Nəsimi, Yasamal, Binəqədi rayonlarının bəzi ərazilərində iyulun 3-də günorta saatlarınadək suyun verilməsində fasilə yaranacaq.

Qurum müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyir.

Bizə qoşulun