Medianews.az
 Antoni Qordon Keyn haqqında:
104 baxış

Antoni Qordon Keyn haqqında: "Ondan yaxşısı yalnız Messidir!"

İngiltərə millisinin futbolçusu Antoni Qordon, komanda yoldaşı Harri Keyni Argentina millisinin əfsanəsi Lionel Messi ilə müqayisə edib.

Medianews.az xəbər verir ki, Qordon, DÇ-2026-nın 1/16 finalında DR Konqo ilə matçda dubl edərək komandasını qələbəyə daşıyan Harri Keynə heyranlığını gizlətməyib.

O, klub səviyyəsində keçirdiyi son mövsümdə 51 oyunda 61 qol vurub 7 məhsuldar ötürmə edən Keynin çıxışını şərh edən Qordon, onu tarixin ən yaxşısı ilə müqayisə edib:

"Hər gün Harrinin yanında olmaq inanılmazdır, çünki o, elit səviyyədədir. Tarixin ən böyük futbolçusu olan Lionel Messini çıxmaq şərtilə, heç kim Harri kimi möhtəşəm bir mövsüm keçirməyib. Bu, Keynin hansı səviyyədə oynadığının bariz göstəricisidir. Onun hər məşqdə necə canfəşanlıqla çalışdığını, hücumları necə ehtirasla bitirdiyini görmək təsadüf deyil. O, heç vaxt ritmdən düşmür və millidə hər kəsə ilham verir".

Medianews.az

Bizə qoşulun