"Sabah" FK müdafiəçi İqor Noqeyra ilə yollarını ayırıb.
Medianews.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, braziliyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti uzadılmayıb.
Qeyd edək ki, İqor Noqeyra 2024-cü ildən "Sabah"ın formasını geyinirdi. O, Bakı təmsilçisinin heyətində keçirdiyi 62 oyunda 4 qola imza atıb.
Noqeyra "Sabah"la bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.