Medianews.az
Ronaldo bunu da etdi:
76 baxış

Ronaldo bunu da etdi: Hamı ondan DANIŞIR - FOTOLAR

Səudiyyə Ərəbistan Liqasının 22-ci həftəsində "Əl-Nəsr" və "Əl-Həzm" üz-üzə gəlib.

"Əl-Nəsr" öz meydanında "Əl-Həzm"i 4:0 hesabı ilə məğlub edərək ardıcıl 8-ci qələbəsini qazanıb.

Qələbə qollarını 13 və 79-cu dəqiqələrdə Kriştiano Ronaldo, 30-cu dəqiqədə Kinqsli Koman, 77-ci dəqiqədə isə Anjelo Borjes vurub.

"Əl-Nəsr" xallarını 55-ə yüksəldərək turnir cədvəlində zirvəyə qalxıb və çempionluq mübarizəsində üstünlüyü ələ alıb.

Görüşdə dubl edən Ronaldo karyerasındakı ümumi qol sayını 964-ə çatdırıb. Bununla da portuqaliyalı ulduz 1000 qol hədəfinə daha bir addım yaxınlaşıb - tarixi rekorda çatmaq üçün cəmi 36 qol qalır.  /Musavat.com

Bizə qoşulun