Medianews.az
Ronaldo braziliyalı
72 baxış

Ronaldo braziliyalı Ronaldoya çatdı

Portuqaliya millisinin hücumçusu və kapitanı Kriştiano Ronaldo əfsanəvi braziliyalı Ronaldo ilə qol sayını bərabərləşdirib.

Medianews.az xəbər verir ki, ulduz forvard böyük beynəlxalq turnirlərdə (Dünya və Avropa çempionatları) vurduğu qolların sayını 25-ə çatdıraraq rekorda ortaq olub.

Ronaldo bu tarixi yubiley qolunu DÇ-2026-nın 1/16 finalında Xorvatiyaya qarşı keçirilən gərgin matçda (2:1) vurub. 41 yaşlı hücumçu qarşılaşmanın 68-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirib. Bu qol həm də Kriştianonun Dünya çempionatlarının pley-off mərhələlərində vurduğu ilk qol kimi tarixə düşüb.

Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-na qədər Kanada, ABŞ və Meksikada keçirilir. Turnirin son çempionu isə Argentina millisidir.

Medianews.az

Bizə qoşulun