Medianews.az
Atası Neymardan
77 baxış

Atası Neymardan bunu istədi

Braziliya millisinin ulduz futbolçusu Neymarın atası oğluna açıq şəkildə müraciət edərək, karyerasını bitirməməyi xahiş edib.

Medianews.az xəbər verir ki, Neymarın atası oğlunun futboldan getmək istəyinə reaksiya verərək deyib: "Səndən yeganə xahişim budur, Ney: Xahiş edirəm, futbol oynamağa davam et".

Xatırladaq ki, Braziliya millisi DÇ-2026-nın 1/8 finalında Norveçə gözlənilmədən uduzaraq (1:2) turnirlə vidalaşıb. Həmin oyundan sonra 34 yaşlı Neymar bu matçın onun milli komandadakı son oyunu olduğuna işarə vurmuşdu.

Hazırda "Santos"da çıxış edən hücumçu, aldığı çoxsaylı zədələr səbəbindən klub səviyyəsində də yaşıl meydanlara nadir hallarda çıxa bilir. Karyerası ərzində o, "Barselona", "PSJ" və "Əl-Hilal" kimi nəhəng klubların da formasını geyinib.

Medianews.az

Bizə qoşulun