Medianews.az
Nazirlik 143 təhsil müəssisəsi üçün
67 baxış

Nazirlik 143 təhsil müəssisəsi üçün 7 milyon xərcləyəcək

2026-cı ildə bir sıra təhsil müəssisələrində mühafizə xidmətinin təşkili üçün elan olunmuş tender başa çatıb.

Medianews.az Oxu.az-a istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Tikinti və Təchizat İdarəsinin elan etdiyi satınalmanın qalibi "GESCO" ASC olub.

Sözügedən xidmətin təşkili üçün 7 milyon 16 min 258 manat xərclənəcək.

Qeyd edək ki, mühafizə xidməti 10.5 ay davam edəcək və ümumilikdə 143 təhsil müəssisəsini əhatə edəcək.

Bizə qoşulun