Medianews.az
Quşüzümünün ağız sağlamlığına
101 baxış

Quşüzümünün ağız sağlamlığına təsiri

Alimlər müəyyən ediblər ki, quşüzümü ağız boşluğunun sağlamlığına müsbət təsir göstərə və kariyeslə yanaşı, iltihab riskini azalda bilər.

Araşdırmalar göstərir ki, bu giləmeyvənin tərkibində olan maddələr bakteriyaların diş səthinə yapışmasının qarşısını alır və mina üçün əsas təhlükələrdən biri sayılan diş ərpinin yaranmasını əngəlləyir.

Bundan əlavə, quşüzümünün diş əti iltihabını azaltmağa, immun sisteminin cavab reaksiyasını dəstəkləməyə və parodont xəstəliklərinin inkişafını ləngitməyə kömək etdiyi qeyd olunur.

Alimlər xüsusilə onun antioksidant xüsusiyyətlərini vurğulayır; bu xüsusiyyətlər ağız boşluğunun toxumalarını qorumaqda mühüm rol oynayır. (Axşam.az)

Bizə qoşulun