Medianews.az
Qətldə şübhəli bilinən şəxs fenomenə çevrildi -
126 baxış

Qətldə şübhəli bilinən şəxs fenomenə çevrildi - FOTO

Cənubi Koreyada iki kişinin ölümü və bir nəfərin huşsuz vəziyyətdə tapılması ilə bağlı istintaq çərçivəsində 20 yaşlı qadın tutuldu.

Medianews.az-ın xarici KİV-ə istinadən məlumatına görə, “Kim Mo” kimi təqdim olunan şübhəli birlikdə olduqları oteldə kişilərin içkilərinə dərman qatdığını etiraf edib.

O, ölüm hadisəsini planlaşdırmadığını, yalnız özünə haqsızlıq etdiyini düşündüyü şəxsləri hədəf aldığını bildirib.

Polis rəsmi açıqlama verməsə də, bəzi sosial media hesabları qadının fotosunu və şəxsi profilini paylaşıb. Bundan sonra onun “Instagram” hesabındakı izləyici sayı 265-dən 10 mindən çoxa yüksəlib. Paylaşımlara minlərlə şərh yazılıb, bəzi istifadəçilər qadının xarici görünüşünə görə azadlığa buraxılmasını tələb ediblər.

İstintaq zamanı şübhəlinin hadisədən əvvəl süni intellekt platformasında dərman və alkoqol qarışığının təsirləri barədə axtarış etdiyi də müəyyən edilib. Sistem sorğunu “yüksək riskli” kimi qeydə alıb.

Medianews.az

 

Bizə qoşulun