Cənubi Afrikada 17 yaşlı qız təhsil haqqını ödəmək üçün qeyri-adi işə başlayıb.
Medianews.az xəbər verir ki, o, qəbiristanlıqlarda baxımsız qalan məzarları təmizləyərək pul qazanır.
bu ideya gənc qızın ağlına baxımsız qəbiristanlığı gördükdən sonra gəlib. İlk sifarişlər valideynləri sosial şəbəkələrdə elan paylaşdıqdan sonra gəlib. Hazırda o, 75 məzara qulluq edir və yaxınlarına görülən işlərlə bağlı foto hesabat göndərir.
Qız məzarların təmizlənməsi, daşların bərpası və ətrafın abadlaşdırılması ilə məşğuldur. Ailəsi də ona dəstək verir.
Gənc qız bildirib ki, bu iş həm insanlara təsəlli verir, həm də onun tibb bacısı olmaq arzusuna çatmasına kömək edir.
Medianews.az
