Bu gün günorta saatlarından başlayaraq yağan leysan xarakterli yağışlar nəticəsində Qəbələnin Vəndam qəsəbəsindən keçən Qaraçayda sel qeydə alınıb.
Medianews.az xəbər verir ki, sel qəsəbənin mərkəzində, çay kənarında yerləşən məscidin həyətinə, fərdi bağ sahələrinə və digər ərazilərə ziyan vurub.
Hazırda selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır.//Qafqazinfo







