Medianews.az
“Qarabağ”ın rəqibi: “Nyukasl”ın hansı titulları var?
113 baxış

“Qarabağ”ın rəqibi: “Nyukasl”ın hansı titulları var?

UEFA Çempionlar Liqasının 2025-2026 mövsümündə Azərbaycanı təmsil edən “Qarabağ” 1/16 finalda İngiltərənin “Nyukasl” komandası ilə üz-üzə gələcək. Ev oyunu fevralın 18-nə, səfər matçı 24-nə təyin olunub.

Medianews.az bildirir ki, 1892-ci ildə yaradılan “Nyukasl” dördqat İngiltərə çempionudur (1905, 1907, 1909, 1927).

Komanda 6 dəfə İngiltərə kubokuna sahib çıxıb (1910, 1924, 1932, 1951, 1952, 1955).

1909-cu ildə “Nyukasl” İngiltərə superkubokunu, 2025-ci ildə liqa kubokunu başı üzərinə qaldırıb.

Beynəlxalq turnirlərdə komandanın iki uğuru var: Yarmarkalar kuboku (1969) və İntertoto kuboku (2006).

1/8 finala (10-18 mart) çıxacağı halda “Qarabağ”a “Barselona” (İspaniya) və “Çelsi” (İngiltərə) komandalarının biri rəqib olacaq.

1951-ci ildə Ağdam şəhərində yaradılan “Qarabağ” komandası (“Məhsul”, “Şəfəq”, “Kooperator” adları da daşıyıb) 1 dəfə Azərbaycan SSR-in, 12 dəfə müstəqil Azərbaycanın çempionu olub, 8 dəfə Azərbaycan kubokunu qazanıb.

Komanda əvvəllər 11 mövsüm klub turnirlərinin əsas mərhələlərində yarışıb.

2014-2015, 2015-2016, 2016-2017, 2018-2019, 2019-2020, 2020-2021 mövsümlərində komanda Avropa Liqasının qrup mərhələsində, 2017-2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində, 2024-2025 mövsümündə Avropa Liqasının liqa mərhələsində oynayıb.

2021-2022, 2022-2023 mövsümlərində “Qarabağ” Konfrans Liqasının 1/16 finalına, 2023-2024 mövsümündə Avropa Liqasının 1/8 finalına qədər irəliləyib.

Toğrul Əli, 
Medianews.az

Bizə qoşulun