Medianews.az
"Qarabağ" daha güclü gəlir:
114 baxış

"Qarabağ" daha güclü gəlir: Başqa hansı transferləri etməlidir?

“Qarabağ” ötən mövsüm Azərbaycan futbolunun ən şanlı səhifəsini açıb, Çempionlar Liqasında pley-offa qədər yüksəlsə də, çempionatda “Sabah”ın gerisində qaldı.

5 ildən sonra çempion olmamaq “Qarabağ” rəhbərliyi üçün ciddi həyəcan siqnalı oldu. Son illərdə olmadığı qədər heyətə əl gəzdirilir, hər mövqeyə oyunçu axtarılır, alınır. 

Artıq qapıda problem demək olar ki, sıfırdır. İki yüksək səviyyəli qapıçı var: Mateuş Koxalski və Martin Zlomisliç. Elvin Cəfərquliyev qalsa, sol cinah müdafiəçisi də lazım deyil. Çünki Lanqa da gəlib. Əsas lüzum mərkəz müdafiəsindədir. Kevin Medina da gedib. Bəhlul Mustafazadə hələ də optimal formasından uzaqdır. Bədavi nə qədər “tank” olsa da, mövsümün gedişində yaş faktoru özünü göstərə bilər.

Leandro Andrade də klub ilə vidalaşanlar sırasındadır. Odur ki, sağ cinah vingeri üçün də transfer lazımdır. Yəqin ki, olacaq. İllərdir “Qarabağ” tərəfdarlarının problem etdiyi mərkəz hücumçusu problemi isə kökündən həll olub. 

Beləliklə, “Qarabağ” bundan sonra bir sol cinah (Elvin qalmasa), bir mərkəz müdafiəçisi, bir sağ cinah vingeri də alsa, nə Azərbaycanda, nə də Avropada qarşısında dayana biləcək komanda tapılmayacaq!/Offsideplus.az/

Bizə qoşulun