Medianews.az
"Qarabağ" 70 min manatdan çox
90 baxış

"Qarabağ" 70 min manatdan çox cərimələndi

"Qarabağ" klubunun futbolçusu Marko Yankoviç səkkiz oyunluq cəza alıb.

Medianews.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Ağdam təmsilçisi ilə böyük məbləğdə cərimələnib.

22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan "Sabah" – "Qarabağ" oyunu bitdikdən sonra "Qarabağ" komandasının 8 nömrəli futbolçusu Marko Yankoviç hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığına, dəhlizdə hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə, hakimə hədə-qorxu gəldiyinə görə 8 oyun oyuna buraxılmasın, "Qarabağ" komandası 25500 manat cərimə edilsin (maddə, 45.3, 51.2, 53.3, 87.1);

22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan "Sabah" – "Qarabağ" oyununda "Sabah" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün "Sabah" komandası 700 manat cərimə edilsin (maddə 43.1);

22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan "Sabah" – "Qarabağ" oyununda "Sabah" komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə "Sabah" komandası 2000 manat cərimə edilsin (maddə 86.3);

22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan "Sabah" – "Qarabağ" oyununda "Sabah" komandasının azarkeşləri olan hissədən meydançaya kənar şəxs daxil olduğuna görə "Sabah" komandası 6500 manat cərimə edilsin (maddə 86.3);

22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan "Sabah" – "Qarabağ" oyununda "Sabah" komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "Sabah" komandası 3000 manat cərimə edilsin (maddə 86.3);

22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan "Sabah" – "Qarabağ" oyununun 37-ci dəqiqəsində "Qarabağ" komandasının 99 nömrəli qapıçısı Mateus Koxalski rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Qarabağ" komandası 1000 manat cərimə edilsin (maddə 46);

22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan "Sabah" – "Qarabağ" oyununda "Qarabağ" komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə "Qarabağ" komandası 2000 manat cərimə edilsin (maddə 86.3);

22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan "Sabah" – "Qarabağ" oyununda "Qarabağ" komandasının azarkeşləri tərəfindən dəfələrlə pirotexniki vasitədən istifadə edildiyinə görə "Qarabağ" komandası 7000 manat cərimə edilsin (maddə 86.3);

22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan "Sabah" – "Qarabağ" oyununda "Qarabağ" komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə "Qarabağ" komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan "Sabah" – "Qarabağ" oyununda "Qarabağ" komandasının azarkeşlərinin olduğu sektorda zərər və dağıntı törədildiyinə görə "Qarabağ" komandası 5000 manat cərimə edilsin. Stadionda sındırılmış 70 ədəd oturacağa görə dəymiş zərər "Qarabağ" komandası tərəfindən qarşılansın (maddə 86.3);

22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan "Sabah" – "Qarabağ" oyunu bitdikdən sonra "Qarabağ" komandasının məşqçisi Hüseyn Seyidov hakimə fiziki təzyiq göstərməyə çalışdığına, onu təhqir etdiyinə görə 6 oyun oyuna buraxılmasın, "Qarabağ" komandası 18000 manat cərimə edilsin (maddə 45.3, 52.4);

22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan "Sabah" – "Qarabağ" oyunu bitdikdən sonra "Qarabağ" komandasının əməkdaşı İlqar Şamilov oyunun rəsmi şəxsinə fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun oyuna buraxılmasın, "Qarabağ" komandası 8000 manat cərimə edilsin (maddə 45.3)//Unikal

Bizə qoşulun