Rusiyalı müğənni Alla Puqaçovaya Tailandda iki konsert verməsi üçün təxminən 2 milyon dollar təklif olunub.
Medianews.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, təşkilatçılar yüksək gəlirli auditoriya üçün genişmiqyaslı konsert proqramı hazırlamağı planlaşdırıblar. Layihə çərçivəsində tədbirlərin qapalı və premium formatda keçirilməsi nəzərdə tutulur.
İddia olunur ki, ilk sıralar üçün bilet qiymətlərinin 30 min dollara qədər müəyyənləşdirilməsi planlaşdırılıb. Konsertlərə iri sahibkarların və digər imkanlı qonaqların dəvət ediləcəyi bildirilir.
Bundan əlavə, Puqaçovaya ayrıca özəl tədbirdə çıxış etməsi üçün daha 500 min dollar təklif edildiyi qeyd olunur.
Mənbənin iddiasına əsasən, bu təklif müğənninin yay aylarında iri sifarişçilərin dəvətlərini nəzərdən keçirməyə hazır olması ilə bağlı yayılan məlumatlardan sonra irəli sürülüb.
Hazırda Alla Puqaçovanın bu təklifi qəbul edib-etmədiyi barədə məlumat yoxdur./Publika.az