2026-cı ilin ilk dörd ayında Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlər 89,7 milyon manat artıb.
Mərkəzi Bankın hesabatına görə, mayın 1-nə kreditlərin 614,2 milyon manatı problemlidir.
Medianews.az bildirir ki, 2026-cı il 524,5 milyon manatla başlamışdı.
2015-ci ilə ölkədə 976,3 milyon manat məbləğində problemli kredit qeydə alınıb. Həmin ilin devalvasiyaları problemli kreditləri artırıb. 2016-cı il 1 milyard 508,5 milyon manat, 2017-ci il 1 milyard 472,6 milyon manat, 2018-ci il 1 milyard 626,7 milyon manat, 2019-cu il 1 milyard 585 milyon manatla başlayıb.
2019-cu ildə dövlət fiziki şəxslərə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə devalvasiya kompensasiyaları verib.
2020-ci ilə ödəniş vaxtı keçmiş kreditlər 1 milyard 273,1 milyon manat, 2021-ci ilə 893,1 milyon manat, 2022-ci ilə 719,4 milyon manat, 2023-cü ilə 593,7 milyon manat, 2024-cü ilə 437,8 milyon manat, 2025-ci ilə 449,1 milyon manat olub.