Medianews.az
Poroşenko barəsində cinayət işi
104 baxış

Poroşenko barəsində cinayət işi başlanıb

Ukraynanın keçmiş dövlət başçısı Petro Poroşenko barəsində qeyri-qanuni hasar inşa etdirməsi səbəbindən cinayət işi başlanıb.

Medianews.az xəbər verir ki, bu barədə "İnsayder" Teleqram kanalı məlumat yayıb.

Söhbət Ukraynanın keçmiş liderinin Kiyev vilayətinin Kozin qəsəbəsindəki malikanəsinin yanındakı hasardan gedir.

Bildirilib ki, hasar çayın sahilinə sərbəst çıxışa mane olur.

Qeyd edək ki, Kozin qəsəbə şurası Poroşenkoya həmin hasarın inşası üçün heç bir rəsmi icazənin verilmədiyini bildirib./Axar.az

Bizə qoşulun