Argentina Prezidenti Xavyer Miley 2026-cı il dünya çempionatının finalında İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq gümüş medal qazanan yığmanın kapitanı Lionel Messinin milli komandadakı karyerasını yüksək qiymətləndirib.
Medianews.az-ın məlumatına görə, Miley bildirib ki, 20 ildən artıq müddətdə dünya futbolunun zirvəsində qalan Messi təkcə argentinalılara deyil, gözəl futbolu sevən hər kəsə unudulmaz anlar yaşadıb və ölkəsinə böyük sevinc bəxş edib.
Qeyd edək ki, Messi mundialı 8 qol və 4 məhsuldar ötürmə ilə başa vurub. O, dünya çempionatları tarixində 20 qol həddini keçən ilk futbolçu olmaqla yanaşı, turnirin ən yaxşı assistenti və ən çox oyun keçirən futbolçusu rekordunu da yeniləyib.
Medianews.az