Medianews.az
Bekhem:
87 baxış

Bekhem: "Messi bizim kapitanımızdır"

"İnter Mayami" klubunun həmsahibi Devid Bekhem 2026-cı il dünya çempionatının finalında İspaniyaya məğlub olan Argentina millisinin kapitanı Lionel Messiyə dəstək nümayiş etdirib.

Medianews.az xəbər verir ki, Bekhem sosial şəbəkə hesabında paylaşdığı qısa mesajda, "Bizim kapitanımız. Onunla sonsuz qürur duyuruq", sözlərini yazıb.

39 yaşlı Messi mundialda 8 oyunda 8 qol və 4 məhsuldar ötürmə ilə Argentina yığmasının ən məhsuldar futbolçusu olub. Buna baxmayaraq, komanda finalda İspaniyaya 0:1 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Messi 2023-cü ildən "İnter Mayami"nin formasını geyinir və 2025-ci ildə komanda ilə MLS çempionu olub. ESPN-in məlumatına görə, argentinalı ulduz mundialdan sonra bərpa prosesini tamamlamaq üçün MLS-də bir neçə oyunu buraxa bilər.

Medianews.az

Bizə qoşulun