İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bildirib ki, İran ABŞ ilə danışıqlara hazırdır, lakin "qanunun aliliyi çərçivəsində".
Medianews.az xəbər verir ki, Pezeşkian bu barədə fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı deyib.
Pezeşkianın “Telegram” kanalında deyilir: "İran İslam Respublikası diplomatiyanı mübahisələrin həlli üçün ən üstün yol hesab edir və milli ləyaqətini, nüfuzunu qoruyub saxlayaraq, hüquqi normalar çərçivəsində danışıqlara hazır olduğunu bəyan edir".//Publika.az