Medianews.az
Paşinyan: Zelenski niyə İrəvana gəlməməlidir,
116 baxış

Paşinyan: Zelenski niyə İrəvana gəlməməlidir, problem nədir?

Ermənistan Baş naziri Nikol Paşinyan Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitinə dəvət edilməsində heç bir problem görmür.

Medianews.az xəbər verir ki, o, Ermənistanın Ukrayna məsələsində Rusiya ilə müttəfiq olmadığını bildirib.

“Mən artıq bəyan etmişəm ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil. Bu, sadə məntiqdir. Ukrayna Prezidenti niyə bura gəlməməlidir? Problem nədir? Ukrayna BMT-nin, Avropa Siyasi Birliyinin üzvüdür”, - hökumət başçısı deyib.

Xatırladaq ki, Ukrayna Prezidenti Avropa Siyasi Birliyinin mayın 4-də İrəvanda keçirilən sammitində iştirak edib. Volodimir Zelenskinin sammitdə iştirakı və Ermənistana səfəri Rusiya tərəfinin sərt bəyanatları ilə qarşılanıb.//Teleqraf 

Bizə qoşulun