Medianews.az
Onların adından saxta bilet satdılar -
177 baxış

Onların adından saxta bilet satdılar - FOTOLAR

Aparıcı Lamiyyə Ələkbərova sosial şəbəkədə müğənnilərin adından saxta bilet satanlarla bağlı paylaşım edib. 

TikTok-da açılan "Ticket" adlı səhifədə müğənnilərin saxta konsert biletləri satışa çıxarılıb. Səhifədə müğənnilər Nuri Sərinləndirici və xanımı Janenin konserti üçün biletlərin satıldığı yazılıb.

L.Ələkbərova paylaşım edərək "Diqqət! Gördüyünüz bu səhifə yalan məlumatlar yayaraq, bilet satışını həyata keçirir. Xahiş edirik, diqqətli olub, bu kimi yalanlara aldanmayasınız. Nuri və Jane konsertinə rəsmi biletləri digər saytdan alın. Sosial şəbəkələrdəki yalan səhifələrə aldanıb, onlayn satış adı ilə pulunuzu kartlara atıb aldanmayın" sözlərini yazıb. (Axşam.az)

Bizə qoşulun