Rusiya Ali Məhkəməsi ömürlük həbs statistikası yayıb.
Medianews.az bildirir ki, hesabata görə, 2025-ci ildə 100 nəfər ömürlük azadlıqdan məhrumetmə cəzası alıb. Bu, statistikanın aparıldığı 2005-ci ildən bəri ən yüksək göstəricidir.
Rəsmi açıqlamada qeyd olunur ki, 2005-2025-ci illərdə 1416 nəfərə ömürlük həbs cəzası kəsilib, rekord 2005 və 2012-ci illərdə qeydə alınıb: 84 nəfər.
Son illərə gəlincə, 2020-ci ildə 66 nəfər, 2021-ci ildə 47 nəfər, 2022-ci ildə 58 nəfər, 2023-cü ildə 78 nəfər, 2024-cü ildə 79 nəfər ömürlük həbsə məhkum edilib.