Medianews.az
Ölkə bu qadının sözləri ilə çalxalanır -
109 baxış

Ölkə bu qadının sözləri ilə çalxalanır - Nazirlik hərəkətə keçdi

Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsində korrupsiya halları ilə bağlı açılan cinayət işi çərçivəsində həbs olunan “Medya A.Ş” şirkətinin baş direktoru Fatoş Pınar Türkerin polis tərəfindən saxlanılan zaman pis rəftara və qanunsuz axtarışa məruz qalması iddiaları üzrə araşdırmalar başlayıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iş üzrə müfəttişlər ayrılıb. Nazirliyin açıqlamasında qeyd olunub ki, mediada yayılan iddialar tam şəkildə araşdırılacaq, hadisənin hüquqi, inzibati və texniki bütün detalları yoxlanılacaq. 

Qeyd edək ki, Fatoş Pınar Türker İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri (həbs olunandan sonra vəzifəsindən uzaqlaşdırılıb) Əkrəm İmamoğlu ilə birlikdə həbs olunub. O, iş üzrə məhkəmə prosesində bildirib ki, saxlanılan zaman çılpaq soyundurulub və belə bir vəziyyətdə axtarışa məruz qalıb. Onun sözlərinə görə, bundan başqa, müstəntiqlər ona psixoloji təzyiq göstərib, uşaqlarını əlindən alacaqları ilə hədələyiblər.

Fatoş Pınar Türkerin məhkəmədə dedikləri böyük rezonans doğurub. Siyasi partiyalar və vətəndaş cəmiyyəti təşkilatları məsələnin araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edirlər.

İstanbul polis bölməsi isə bu iddiaları qəbul etməyib və saxlanılma prosesində qanunsuz heç bir hərəkət olmadığını bildirib./YENISABAH/

Bizə qoşulun