Medianews.az
Obama yadplanetlilərin olduğuna inanır
103 baxış

Obama yadplanetlilərin olduğuna inanır

ABŞ-nin sabiq prezidenti Barak Obama yadplanetlilərin mövcudluğuna inandığını etiraf edib.

Obama bu barədə amerikalı bloger Brayan Koenə müsahibəsində bildirib.

"Onlar gerçəkdirlər, amma mən onları görməmişəm", - Obama deyib.

Sabiq prezident yumorla qeyd edib ki, bu, prezident olduqdan sonra verdiyi ilk suallardan biri olub. Lakin o, yadplanetlilər üzərində təcrübələrin aparıldığı barədə şayiələrin yayıldığı 51-ci Zonada heç bir gizli laboratoriya tapmayıb./Modern.az

Bizə qoşulun