Medianews.az
Çin Britaniya və Kanada vətəndaşları üçün vizanı ləğv edib
64 baxış

Çin Britaniya və Kanada vətəndaşları üçün vizanı ləğv edib

Çin hökuməti Böyük Britaniya və Kanada vətəndaşları üçün viza tələbəni aradan qaldırmaq barədə qərar qəbul edib.

Bu barədə Çinin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Fevralın 17-də qüvvəyə minəcək qərara əsasən həmin ölkələrin vətəndaşları işgüzar, turizm, yaxın qohumlara baş çəkmək, mübadilə və tranzit məqsədi ilə Çinə vizasız səfər edə bilər. Böyük Britaniyanın və Kanadanın vətəndaşları vizasız rejimlə Çində 30 günədək qala biləcəklər.

Qeyd edək ki, qərar dekabrın 31-dək qüvvədə olacaq./AZƏRTAC

Bizə qoşulun