ABŞ-də prezident Donald Trampın dövründə iqlim siyasətinə yanaşmanın dəyişməsi səbəbindən elektromobil istehsalı planlarından imtina edilməsi nəticəsində dünya avtomobil sənayesi 2025-ci ildə azı 65 milyard dollar itirib.
Bunu "Financial Times" qəzeti yazıb.
Belə ki, transmilli avtomobil istehsalı korporasiyası "Stellantis N.V." bəzi elektromobil modellərinin istehsaldan çıxarılması və ABŞ-də 5,7 litrlik "Hemi V8" mühərrikinin istehsalının bərpa edilməsi səbəbindən 26 milyard dollar xərcləməli olub. Materialda qeyd olunub ki, bu qərar səhmlərin kütləvi satışına səbəb olub və nəticədə şirkətin bazar dəyəri təxminən 6 milyard dollar azalıb.
Məqalədə vurğulanıb ki, ABŞ-də elektromobillər üçün vergi güzəştlərinin ləğvi və Trampın nəqliyyat vasitələrindən emissiyaların azaldılmasına yönəlmiş qaydaları yumşaltmaq cəhdi analitiklərin proqnozlarına yol açıb: yaxın illərdə elektromobillərin payı Amerika bazarının cəmi 5 %-ni təşkil edəcək./Report