Medianews.az
Azərbaycan Prezidenti Belqradda: Serbiya lideri ilə təkbətək görüş keçirilib
76 baxış

Azərbaycan Prezidenti Belqradda: Serbiya lideri ilə təkbətək görüş keçirilib

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 15-də Serbiya Respublikasına rəsmi səfərə gəlib.

Belqrad şəhərinin Nikola Tesla Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qarşılayıb.

Daha sonra paytaxt Belqradda rəsmi qarşılanma mərasimi olub. Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycanın və Serbiyanın Dövlət himnləri səsləndirilib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Prezident Aleksandar Vuçiçə təqdim edilib.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət ediblər. Dövlətimizin başçısı abidələrin önünə əklil qoyub.

Medianews.az AZƏRTAC-a istinadla bildirir ki, həmin gün Belqradda Azərbaycan və Serbiya prezidentlərinin təkbətək görüşü keçirilib.

Bizə qoşulun