Medianews.az
Kallas: Rusiya danışıqlarda döyüş meydanından daha çox qazanır
73 baxış

Kallas: Rusiya danışıqlarda döyüş meydanından daha çox qazanır

Rusiya danışıqlar masasında cəbhədə əldə etdiyindən daha çox qazanır və bu, ən böyük təhlükəni təşkil edir.
 
Medianews.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi Kaya Kallas Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Rusiya 2014-cü il cəbhə xəttindən çox az irəliləyib, bunun üçün 1,2 milyon insan həyatını itirib, amma yenə də danışıqlar zamanı qeyri-real tələblər qoymağa davam edir.
"Bu gün Rusiya məğlub vəziyyətdədir, iqtisadiyyatı dağılıb, Avropa enerji bazarlarından kənardadır və öz vətəndaşları qaçır. Əslində, Rusiya tərəfindən yaradılan ən böyük təhlükə ondadır ki, o, danışıqlar masasında cəbhədə əldə etdiyindən daha çox qazanır”, deyə Kallas vurğulayıb.
Siyasətçi əlavə edib ki, əsas məsələ yalnız danışıqlar masasında yerin olması deyil, dialoq aparılacaq mövzuları düzgün anlamadır.
"Bizim fikrimizcə, hər şey çox sadədir: Rusiyanın maksimalist tələbləri minimalist cavabla təmin edilə bilməz. Bunun üzərində düşünün: əgər Ukrayna ordusunun ölçüsü məhdudlaşdırılacaqsa, rus ordusu da məhdudlaşdırılmalıdır. Rusiya Ukraynaya vurduğu ziyanın ödənişini etməlidir”, deyə diplomat qeyd edib.
Kallas əlavə edib ki, Ukraynaya vurulmuş ziyanın kompensasiyası, deportasiya edilmiş uşaqların qaytarılması və hərbi cinayətlər üçün heç bir amnistiya olmaması – Rusiya əgər həqiqətən sülh istəyirsə, əməl etməli olduğu minimum şərtlərdir.

Bizə qoşulun