Medianews.az
Niyə "iPhone"un qutusu
209 baxış

Niyə "iPhone"un qutusu çətin açılır?

"Apple" şirkəti "iPhone"un qablaşdırılmasına xüsusi önəm verir.

Medianews.az xəbər verir ki, qutunun qapağının yavaş və müqavimətlə açılması onun hissələrinin demək olar ki, ideal şəkildə bir-birinə uyğun hazırlanması ilə bağlıdır.

"Apple" hesab edir ki, bu proses istifadəçidə məhsulun premium və xüsusi olduğu hissini yaradır.

Şirkətin keçmiş baş dizayneri Coni Ayv bildirib ki, qablaşdırma “emosiya yaradan bir teatr səhnəsi” kimi düşünülüb. Dizayn mütəxəssisləri də qeyd edir ki, qutunun yavaş açılması insanlarda gözlənti və həyəcan hissini artırır.

Medianews.az

Bizə qoşulun