Medianews.az
Niko Uilyamsdan iddialı açıqlama:
76 baxış

Niko Uilyamsdan iddialı açıqlama: "Mbappe yaxşıdır, amma..."

İspaniya millisinin hücumçusu Niko Uilyams, DÇ-2026-nın yarımfinalında Fransaya qarşı keçiriləcək oyun öncəsi Fransa millisinin kapitanı Kilian Mbappe və komanda yoldaşı Lamin Yamal haqqında danışıb.

Medianews.az xəbər verir ki, Uilyams komanda yoldaşını yüksək qiymətləndirib: “Mbappe əla oyunçudur, lakin bizim heyətimizdə dünyanın ən yaxşı futbolçusu – Lamin Yamal var”.

Qeyd edək ki, İspaniya və Fransa arasındakı prinsipial yarımfinal qarşılaşması iyulun 14-də, Bakı vaxtı ilə saat 23:00-da Arlinqtondakı "AT&T" stadionunda baş tutacaq.

Medianews.az

Bizə qoşulun