Medianews.az
"İlk oyunlarda çətin idi..." –
84 baxış

"İlk oyunlarda çətin idi..." – Porrodan Yamalla bağlı etiraf

İspaniya millisinin müdafiəçisi Pedro Porro, dünya çempionatında komandanın oyunçusu Lamin Yamal ilə meydandakı anlaşması barədə fikirlərini bölüşüb.

Medianews.az xəbər verir ki, Porro gənc ulduzla oyun üslublarının getdikcə daha yaxşı uyğunlaşdığını bildirib:

"Onunla oyun-oyun çıxış etdikcə bir-birimizə öyrəşirik. İlk matçlarda daha çətin idi, çünki mən Premyer Liqada çıxış edirəm və onunla daimi eyni komandada oynamıram. Lakin ən vacib məqam Laminin hər konkret oyunda nəyə ehtiyacı olduğunu anlamaqdır. Biz həm matçlardan əvvəl, həm də birbaşa meydanda ünsiyyət qururuq. Danışaraq insanlar bir-birini daha yaxşı başa düşür. Hazırda əla münasibətimiz var və hər şey daha da yaxşıya doğru gedir".

Qeyd edək ki, iyulun 13-də İspaniya millisinin istedadlı futbolçusu Lamin Yamalın 19 yaşı tamam olub.

Medianews.az

Bizə qoşulun