Medianews.az
Damarları, ürəyi və beyni qoruyur... -
71 baxış

Damarları, ürəyi və beyni qoruyur... - Həkim bir giləmeyvə haqqında

Endokrinoloq Anastasiya Altunina sağlamlıq üçün ən faydalı giləmeyvəni açıqlayıb.

Medianews.az xəbər verir ki, mütəxəssis bu giləmeyvənin qaragilə olduğunu bildirib: "Bu giləmeyvə sadəcə dadlı deyil, həm də damarları, ürəyi və beyni qorumaq üçün zəruri olan dəyərli maddələrin əsl konsentratıdır".

Həkimin sözlərinə görə, bu giləmeyvənin tərkibində bədəndəki iltihabi proseslərlə mübarizə aparan güclü təbii antioksidantlar – antosianlar var. Genişmiqyaslı araşdırmalar göstərib ki, həftədə üç və ya daha çox porsiya bu giləmeyvədən yeyən insanlarda infarkt riski 32% azalır. Eyni zamanda yaddaş yaxşılaşır və II tip diabetin profilaktikası üçün vacib olan insulin həssaslığı artır.

Endokrinoloq sağlamlığı qorumaq üçün həftədə 3-4 dəfə, ən azı bir ovuc (təxminən 80-100 qram) təzə və ya dondurulmuş şimal tütəyi (qaragilə) yeməyi tövsiyə edir.

Medianews.az

Bizə qoşulun