Medianews.az
DÇ-2026-da gərginlik:
83 baxış

DÇ-2026-da gərginlik: Misirin baş məşqçisindən Messiyə ağır ittiham

Misir millisinin baş məşqçisi Hossam Hassan, DÇ-2026-nın pley-off mərhələsindəki qarşılaşmadan sonra Argentina yığmasının hücumçusu Lionel Messini hədəf alıb.

Medianews.az xəbər verir ki, misirli mütəxəssis ulduz futbolçunun hərəkətlərini təxribat kimi qiymətləndirib:

"Messi özünü son dərəcə təxribatçı aparırdı. Biz hakimlikdən narazılığımızı bildirən anlarda onun hansı səbəbdən bizim texniki zonaya yaxınlaşdığını başa düşə bilmirəm. Argentina futbolçuları meydana çox soyuqqanlı çıxmışdılar və hakimin bəzi qərarlarının onlara verdiyi üstünlüklərdən maksimum yararlandılar. Onların bizim məşqçilər heyətinə və oyunçularımıza qarşı psixoloji təzyiq göstərməyə, bizi təxribata çəkməyə çalışdıqları açıq-aydın görünürdü".

Medianews.az

Bizə qoşulun