Fransa millisinin əfsanəvi hücumçusu Tyeri Anri Niderlandın baş məşqçisi Ronald Kumanın Mərakeşə qarşı seçdiyi taktiikanı sərt tənqid edib.
Medianews.az xəbər verir ki, bu haqda Anri Fox telekanalının canlı efirində danışıb.
O, Kumanın meydana 5 müdafiəçi ilə çıxmasını şərh edib: "Siz bu taktika ilə, əslində, Mərakeşdən qorxduğunuzu nümayiş etdirdiniz. Əgər bu sxemlə qalib gəlsəydiniz, haqlı olardınız. Amma uduzdunuzsa, deməli, səhv etmisiniz. Mən çox təəccübləndim, çünki Niderland heç vaxt belə oynamır. Amma görünür, Kumanın fərqli fikirləri var idi".
Xatırladaq ki, Niderland millisi DÇ-2026-nın 1/16 finalında Mərakeşə penaltilər seriyasında uduzaraq (3:2) turnirlə vidalaşıb.
Medianews.az