Medianews.az
Niderland çətinliklə Özbəkistana
172 baxış

Niderland çətinliklə Özbəkistana qalib gəldi

Niderland və Özbəkistan arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.

Medianews.az İdman.Biz-ə istinadən bildirir ki,  oyun ABŞ-dakı "Aykan" stadionunda baş tutub.

Niderlandlı futbolçular 2:1 hesablı qələbəni qeyd ediblər.

Matçda ilk qolu Niderland millisinin yarımmüdafiəçisi Kodi Qakpo 32-ci dəqiqədə penaltidən vurub. 90+2-ci dəqiqədə Özbəkistanın hücumçusu İqor Sergeyev hesabı bərabərləşdirib. 90+8-ci dəqiqədə Kodi Qakpo dubl edərək komandasına 2:1 hesablı qələbə qazandırıb.

Hər iki milli komanda 2026-cı il dünya çempionatında iştirak edəcək. Niderland Yaponiya, Tunis və İsveçlə bir qrupda oynayacaq. Özbəkistan isə Portuqaliya, Kolumbiya və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.

Bizə qoşulun