Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Santos”un hücumçusu Neymarı 2026-cı il dünya çempionatı üçün heyətə çağırmaq niyyətində deyil.
Medianews.az Publika.az-a istinadən xəbər verir ki, jurnalisti Andre Loffredo məlumat verib.
Onun sözlərinə görə, Ançelotti Neymarı çağırmaq barədə düşünmür.
“Bu, onun planlarında yoxdur, bunu etmək istəyi də yoxdur. O, Neymar ətrafındakı bütün ajiotajın səbəbini başa düşmür.
Onun heyətə daxil edilməsi ilə bağlı çağırışlar haqlıdır. Bu, onun əvvəlki illərdəki performansı və uzun müddətdir meydanda olmayan Neymarı görmək gözləntisi ilə bağlıdır. Lakin Ançelotti son aylardakı performansı qiymətləndirir və Neymarın bu dövrdəki performansı onu son heyətə yaxınlaşdırmır”, – jurnalist bildirib.