Medianews.az
Nevroloqdan xəbərdarlıq:
76 baxış

Nevroloqdan xəbərdarlıq: Bu yastıq sizi yorur

Nevroloq Angelina Batyuşka bildirib ki, yuxudan sonra yaranan yorğunluğun səbəbi yanlış seçilmiş yastıq ola bilər.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, hündürlüyü düzgün olmayan yastıq boyun və bel əzələlərində gərginlik yaradır.

Bu isə səhər oyanarkən halsızlıq, boyun ağrısı və baş ağrısına səbəb olur.

Mütəxəssislər çox yumşaq və ya həddindən artıq sərt yastıqlardan istifadə etməməyi tövsiyə edir. Yastıq seçərkən isə insanın hansı vəziyyətdə yatdığı nəzərə alınmalıdır.

Medianews.az

Bizə qoşulun