Medianews.az
Nevroloqdan qəhvə ilə bağlı
73 baxış

Nevroloqdan qəhvə ilə bağlı xəbərdarlıq

Nevroloq İnnа Filatovanın sözlərinə görə, acqarına, xüsusilə də yuxusuzluq və xroniki stress fonunda qəhvə içmək orqanizmdə stress hormonu olan kortizolun səviyyəsini artırır.

Medianews.az-ın sözlərinə görə, mütəxəssis bildirib ki, bu vəziyyət ürəkdöyünməsinin sürətlənməsinə, narahatlığın artmasına, yuxu keyfiyyətinin pisləşməsinə və xroniki stressin güclənməsinə səbəb ola bilər.

Həkim əlavə edib ki, kofein miqren, təşviş pozuntuları və yuxu problemlərindən əziyyət çəkən şəxslərdə simptomları daha da ağırlaşdıra bilər.

Medianews.az

Bizə qoşulun