Medianews.az
Mütəxəssislər tövsiyə edir:
254 baxış

Mütəxəssislər tövsiyə edir: Sağlamlığı gücləndirən 3 əsas qida

Keyfiyyətli və balanslı qidalanma həm ömrü uzadır, həm də həyat keyfiyyətini artırır. Mütəxəssislər stressə davamlı, immun sistemi güclü və zehni cəhətdən daha sağlam qalmaq üçün bəzi qidaların müntəzəm istifadəsini tövsiyə edirlər.

Medianews.az həmin qidaları təqdim edir:

Paxlalılar
Lobya, noxud, mərci və soya kimi paxlalılar lif və prebiyotiklərlə zəngindir. Bağırsaq fəaliyyətini tənzimləyir, faydalı bakteriyaları qidalandırır, xolesterinin azalmasına kömək edir. Eyni zamanda ürək-damar xəstəlikləri riskini aşağı salır.

Qatıq və pendir
Ən qədim fermentləşdirilmiş qidalar olan qatıq və pendir bağırsaq mikroflorasını gücləndirir. Güclü mikrobiyota həzm sisteminə müsbət təsir göstərməklə yanaşı, psixoloji vəziyyətin yaxşılaşmasına da dəstək olur.

Zeytun yağı
“Maye qızıl” adlandırılan zeytun yağı faydalı yağ turşuları və antioksidantlarla zəngindir. Pis xolesterini azaldır, ürək, beyin və qaraciyər sağlamlığını qoruyur, hüceyrələrin vaxtından əvvəl qocalmasının qarşısını alır.

Medianews.az

Bizə qoşulun