Medianews.az
Mütəxəssisdən erkən qarpızlarla bağlı
109 baxış

Mütəxəssisdən erkən qarpızlarla bağlı xəbərdarlıq

Mütəxəssislər erkən qarpızların sağlamlıq üçün risk daşıya biləcəyi barədə xəbərdarlıq ediblər.

Medianews.az xəbər verir ki, qida təhlükəsizliyi üzrə ekspert Anna Cabakovanın sözlərinə görə, belə qarpızlarda nitrat səviyyəsi daha yüksək ola bilər.

Lakin əsas təhlükənin nitrat yox, bakteriyalar və düzgün saxlanmama olduğunu bildirən mütəxəssis qeyd edib ki, isti havada və yol kənarında saxlanılan qarpızlar bağırsaq infeksiyalarına səbəb ola bilər.

Ekspert xüsusilə kəsilmiş qarpızların alınmasını təhlükəli hesab edir. Çirkli bıçaqla doğranmış və soyuducusuz saxlanılan qarpızlarda bakteriyalar sürətlə çoxalır.

Mütəxəssislər vətəndaşlara qarpızı yalnız etibarlı satış yerlərindən almağı tövsiyə edirlər.

Medianews.az

Bizə qoşulun