Medianews.az
Təbii südün inanılmaz
84 baxış

Təbii südün inanılmaz FAYDASI

Diyetoloq Ana Luson təbii südün sağlamlıq üçün zərərli hesab edilməsinin yanlış yanaşma olduğunu bildirib.

Medianews.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, təbii südün tərkibindəki yağlar ultraemal olunmuş qidalardakı yağlardan fərqli təsir göstərir.

O qeyd edib ki, süd yağları iltihabəleyhinə xüsusiyyətlərə malikdir, bağırsaq sağlamlığını dəstəkləyir və uzun müddət toxluq hissi yaradır.

Diyetoloq əlavə edib ki, təbii südün müntəzəm istehlakı piylənmə və şəkərli diabet riskinin azalmasına da kömək edə bilər.

Bununla belə, mütəxəssislər süd məhsullarının fərdi sağlamlıq vəziyyəti və qidalanma ehtiyacları nəzərə alınaraq istehlak edilməsini tövsiyə edirlər.

Medianews.az

Bizə qoşulun