Mövsüm keçidində uşaqlar arasında nörovirüs halları artır.
Medianews.az xəbər verir ki, bu barədə Türkiyədə yaşayan həkim Gülnarə Heydərova xəbərdarlıq edib.
O bildirib ki, uşaqlarda ani qusma və ishalın virusun əsas simptomları olduğunu bildirib.
Xəstəlik, xüsusilə məktəb və uşaq bağçalarında tez yayılır, qarın ağrısı və hərarətlə müşayiət olunur. Kiçik uşaqlarda isə simptomlar daha ağır keçə bilər. Həkim qeyd edir ki, virus çox az miqdarda belə ciddi xəstəliyə səbəb ola bilər və qısa müddətdə maye itkisinə yol aça bilər.
Uşaqlarda sidik miqdarının azalması, ağız quruluğu, gözyaşının az olması, halsızlıq, qidalanmama və yatmaq istəyi müşahidə olunarsa, dərhal tibbi yardım alınmalıdır.
Virusun yayılma sürəti çox yüksəkdir. Qapı tutacaqları, ortaq istifadə olunan səthlər və oyuncaqlar da yoluxma üçün kifayətdir. Nörovirüs viral olduğundan antibiotiklər fayda vermir. Ən effektiv müalicə isə itirilmiş mayenin bərpasıdır və uşaqlar bol maye qəbul etməlidir.
Virus adətən bir neçə gün ərzində öz-özünə sağalır, lakin maye itkisi sürətlə baş verə bildiyindən ailələr simptomları diqqətlə izləməlidir. Erkən müdaxilə xəstəliyin gedişatını yüngülləşdirir.
Medianews.az