Medianews.az
Moskvaya kütləvi PUA hücumu:
116 baxış

Moskvaya kütləvi PUA hücumu: “Wildberries” zərər gördü

İyulun 20-nə keçən gecə Ukrayna ordusu dronlarla Moskva bölgəsinə kütləvi hücuma keçib.

Medianews.az xəbər verir ki, bu barədə Ukrayna monitorinq kanalları məlumat yayıb.

Məlumata görə, FP-1 dronlarının hücumu nəticəsində Podolsk şəhər dairəsində yerləşən “Wildberries”in ən böyük mərkəzlərindən birində yanğın baş verib:

“Podolskın cənubundakı Lvov mikrorayonunda neft anbarına hücum edilib. Ümumilikdə, Moskva vilayətində beş yanğın hadisəsi qeydə alınıb. Dron hücumu nəticəsində Domodedovo dairəsində yerləşən və ümumi sahəsi 650 min kvadratmetrdən çox olan “Cənub Qapıları” (Yujnıye Vrata) industrial parkındakı iri logistika mərkəzində də yanğın baş verib. Bundan əlavə, PUA-lardan biri çoxmərtəbəli binaya çırpılıb”.

Domodedovo xəstəxanasının məlumatına əsasən, müxtəlif dərəcəli mina-partlayış xəsarətləri ilə 6 nəfər (3 əcnəbi) müəssisəyə təxliyə edilib. Moskva meri Sergey Sobyanin isə bazar günü saat 20:30-dan bazar ertəsi səhər saat 5:00-dək ümumilikdə 400-dən çox PUA-nın Moskva bölgəsinə doğru hərəkət etdiyini bildirib.//Axar.az

Bizə qoşulun